Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

İsveçdə hərbi təlim poliqonunda baş verən partlayış nəticəsində hərbçilər də daxil olmaqla yeddi nəfər yaralanıb.

“Sveriges Radio”nun məlumatına görə, partlayış saat 16:00-dan sonra (Bakı vaxtı ilə saat 18:00) Karlsborq şəhəri yaxınlığındakı hərbi təlim poliqonunda baş verib.

Məlumata görə, yaralanan yeddi nəfərdən beşi reanimasiyadadır. İsveç Silahlı Qüvvələrinin sözçüsü bildirib ki, yaralananların bəziləri hərbçilərdir.

Polis partlayışın səbəbini araşdırır.