Logo
news content
User
Kateqoriyalar

Xəbər

İstilik təchizatı qiyməti artırılacaq? - "Yox" deyib, bir gecə gələcəklər

“Bizim xarici ekspertlərlə görüşlərimiz olur. Onlar tariflərin artırılmasını təklif edirlər”.


Bunu “Azəristiliktəchizat” ASC sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.


O qeyd edib ki, istehlakçılar arasında sorğu keçirib monitorinq aparıblar və əhali tarifin 15 qəpikdən 22-25 qəpiyə qaldırılmasına razı olub: “Biz isə başqa yol seçmişik. Xidmətin keyfiyyətinin yüksəldilməsi, istilik haqlarının 100% yığılması və xərclərin optimallaşdırılması ilə istilik təsərrüfatının normal fəaliyyətini təmin etmək istəyirik. Amma istilik təchizatı sosial yönümlü olduğu üçün tariflərin artırılması barədə müraciət etməmişik və artım gündəmdə deyil”, – deyə o, əlavə edib.