Logo
news content
User
Kateqoriyalar

Xəbər

İstanbulda Rusiya və Ukrayna danışıqlarının 40 dəqiqəlik üçüncü raundu baş tutub

İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının üçüncü raundu keşirilib.

Pressklub.az xəbər verir ki, danışıqlar 40 dəqiqə davam edib. İlk iki görüş bir saatdan çox davam etmişdi.

Çırağan sarayında baş tutan görüş zamanı əvvəlcə Rusiya və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri Vladimir Medinski ilə Rüstəm Umerov arasında təkbətək görüş keçirilib. Daha sonra tam tərkibdə birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu olub.

Tərəflər mülki və hərbi şəxslərin mübadiləsi barədə razılığa gəliblər.

Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov bildirib ki, Kiyev prezidentlər Zelenski və Putin arasında avqustun sonuna qədər görüş keçirməyi təklif edib. Onun sözlərinə görə, görüşdə ABŞ və Türkiyə prezidentləri iştirak edə bilər.

Rusiya tərəfi Ukraynaya ölü və yaralıları toplamaq üçün cəbhə xəttində qısamüddətli atəşkəs elan olunmasını təklif edib. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin sözlərinə görə, Ukrayna siyasi, humanitar və hərbi məsələlər üzrə işçi qrupların yaradılmasını müzakirə etməyə razılıq verib.

Əvvəlki danışıqlar zamanı Kiyev və Moskvanın qarşılıqlı təqdim etdiyi atəşkəs memorandumlarına gəlincə, tərəflərin mövqeləri, hələlik, bir-birindən çox uzaqdır, - Medinski bildirib.