Logo
news content
User
Kateqoriyalar

Xəbər

İstanbulda güclü zəlzələ olub - YENİLƏNİB-3

İstanbulda güclü zəlzələ olub.

Türkiyə medisaının məlumatına görə, ən güclü zəlzələnin maqnitudası 6,9 bala çatıb. 

Zəlzələ yerin 6.9 kilometr dərinliyində qeydə alınıb. Güclü zəlzələdən sonra daha zəif afterşoklar qeydə alınıb. 

İlkin məlumata görə, İstanbul və ətrafında baş verən zəlzələ nəticəsində ölən olmayıb, 240-a yaxın Türkiyə vətəndaşı xəsarət alıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD)operativ qərargahında məlumat verib.

Onun sözlərinə görə, yaralıların əksəriyyətinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb, onlara yerindəcə köməklik göstərilib:

“Zəlzələ nəticəsində ümumilikdə 236 vətəndaşımız xəsarət alıb. Əsasən insanlar təşviş içində evlərindən çölə çıxan zamanı xəsarət alıblar. Onlardan 173-ü birbaşa İstanbuldadır”.

Bildirilib ki, Mərmərə dənizinin Silivri rayonu sahillərində 10 saniyə davam edən yeraltı təkan böyük təşvişə səbəb olub və ətraf vilayətlərdə də hiss edilib. 

Türkiyə Daxili İşlər Nazirliyi yanında Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) zəlzələ ilə bağlı əhaliyə xəbərdarlıq edib. 

Zəlzələyə görə məktəb və universitetlərdə ikigünlük tətil elan edilib. Bu barədə Türkiyənin təhsil naziri Yusuf Tekin açıqlama verib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi ilə vəziyyət qiymətləndirilib.

"Daxili İşlər Nazirliyi və AFAD mümkün problemli vəziyyətdə məktəblərin toplanma mərkəzi kimi də istifadə edilə biləcəyini nəzərə alaraq bizdən sabah və sonrakı gün üçün məktəblərdə tətil edilməsi istiqamətində dəstək istədilər. İndi Daxili İşlər Nazirliyimizin tələbi əsasında məktəblərimizdə iki gün tətil elan edirik", - nazir qeyd edib.

O əlavə edib ki, universitetlərdə də cümə axşamı və cümə günləri üçün tətil elan olunub:

"Dövlət qurumlarında işləyən əlillər, hamilə qadınlar, müharibə əlilləri və 10 yaşdan kiçik uşağı olan anaların da bu müddət ərzində hər hansı bir əməliyyata ehtiyac olmadan inzibati məzuniyyətli sayılacaq. Səhiyyə və təhlükəsizlik qurumlarında çalışan personala isə bu, şamil edilmir".