İstanbulda çökən binada ölənlərin sayı 5-ə yüksəlib
09 Oktyabr 2026
Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 5-ə yüksəlib.
Bu barədə NTV məlumat yayıb.
Qeyd olunub ki, dağıntılar altından daha 3 nəfərin meyiti çıxarılıb. Bununla da, axtarış-xilasetmə işləri başa çatıb.
Xatırladaq ki, dünən səhər saatlarında Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binası çöküb.
Hadisə ilə əlaqədar binanın memarı və tikinti üzrə məsul şəxs saxlanılıb.