İstanbulda bina çöküb, bir nəfər ölüb, 3 nəfərin axtarışları davam edir
08 Oktyabr 2026
İstanbulda binanın çökməsi nəticəsində bir nəfər ölüb.
3 nəfərin axtarışı həyata keçirilir.
Ümumilikdə dağıntılar altında qalan 10 nəfər xilas edilib.
***
10:27
İstanbulda çökən binanın dağıntıları altında qalan 12 nəfərdən 6-sı xilas edilib.
***
09:31
"Çökən 7 mərtəbəli bina 1987-ci ildə tikilib. Binada ümumilikdə 33 nəfər yaşayır".
Bunu İstanbul valisi Davud Gül deyib.
O bildirib ki, dağıntılar altında qalan 7 nəfərdən 4-ü ilə əlaqə saxlanılıb. Xilasetmə tədbirləri davam etdirilir.
***
09:04
İstanbulun Maltepe rayonunda 7 mərtəbəli yaşayış binası çöküb.
Yerli KİV xəbər verir ki, dağıntılar altından 3 nəfər sağ çıxarılıb.
Axtarış-xilasetmə tədbirləri davam etdirilir.