Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsrail yenidən Qəzzaya zərbə endirib, 55 nəfər ölüb

İsrail qüvvələrinin Qəzzaya zərbələri nəticəsində gün ərzində 55 nəfər ölüb.

Bu barədə "Al Jazeera"yə tibbi mənbələrdən məlumat daxil olub.

Onlardan 39-u Qəzzada həlak olub. 39 nəfərdən 17-si İsrail qüvvələrinin Qəzza şəhərinin Tuffah məhəlləsindəki evə zərbə endirməsi nəticəsində ölüb.

Ölənlərin arasında 4 nəfərin humanitar missiya əmkdaşları olduğu vurğulanıb.

Qeyd edək ki, İsrail hücumları ABŞ Prezidenti Donald Trampın Qəzzada sülh planının icra edilməsi ərəfəsində baş verib.