Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsrail Yəhya Sinvarı da öldürməyə hazırlaşır

İsrailin Müdafiə Qüvvələri HƏMAS-ın Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvarı məhv etmək niyyətindədir.

Bunu İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi bildirib.

O, Sinvarın yeni rütbə aldığını xatırladıb: “Rütbəsinin dəyişdirilməsi onun arxasınca getməyimizə mane olmayacaq. Bu, bizi motivasiya edir.

Yəhya Sinvarı tapmaq üçün səy göstərəcəyik ki, o, hədəfə çevrilsin və onlar (HƏMAS - Qeyd) yenidən Siyasi Büronun rəhbərini dəyişsinlər.

Bütövlükdə son həftələrdə çox mühüm əməliyyatlar həyata keçirmişik. Ən problemli düşmənlərimizin yüksək səviyyəli komandirlərini məhv etmişik və biz dayanmayacağıq”.

Xatırladaq ki, HƏMAS-ın Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Haniyə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakdan sonra İsrailin onun Tehrandakı iqamətgahına endirdiyi zərbə nəticəsində öldürülüb.