Logo
news content
User
Kateqoriyalar

Xəbər

İspaniyada küçələrə Kiyev, Odessa, Mariupol və Xerson adı verilib - FOTO

İspaniyanın Siviliya vilayətinin kənd və küçələrinə Kiyev, Odessa, Mariupol və Xerson adı verilib. Şəhərin girişinə Ukraynanın bayrağı asılıb.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Ölkənin cənubunda yerləşən Fuentes de Andalucia kəndinə Ukrayna adı verilib.

Ad dəyişikliklərinin Ukrayna xalqı ilə həmrəylik, onlara mənəvi dəstək məqsədilə həyata keçirildiyi bildirilib.

Kənd sakinləri 25-dək qaçqın ailəsinə ev təklif etmək niyyətindədir.