İşğaldan azad edilmiş ərazilərdə daşınmaz əmlakın qiymətləndirilməsinə başlanacaq
06 Avqust 2024
Azərbaycanın işğaldan azad edilmiş Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarındakı daşınmaz əmlaklar qiymətləndiriləcək.
Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən xəbər verilib.
Məlumata görə, proses 70 fərdi yaşayış evini, 40 qeyri-yaşayış sahəsini, 10 yaşayış binasını və 5 yarımçıq tikilini əhatə edəcək.
Xatırladaq ki, Xankəndi, Ağdərə və Xocalı Azərbaycan ordusunun 2023-cü ilin sentyabrın 19-da başlatdığı antiterror tədbirlərindən sonra nəzarətə götürülüb.