Logo
news content
User
Kateqoriyalar

Xəbər

İrəvanı "minalayıblar"

Ermənistanda Zvartnots hava limanına bomba qoyulmasına dair məlumat yayılıb.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Araşdırma zamanı hava limanına bomba qoyulması barədə xəbər öz təsdiqini tapmayıb.

Xatırladaq ki, daha əvvəl metroya bomba qoyulmasına dair iddialar yayılmışdı. Lakin İrəvan metropolitenində bombaların olmasına dair xəbər də təsdiqini tapmayıb.