Logo
news content
User
Kateqoriyalar

Xəbər

İrəvanda yenidən çaxnaşma yaşandı: Metro minalanıb...

İrəvan Metropoliteni işini dayandırıb.

Bu barədə "armeniasputnik” məlumat yayıb.

Xəbərə görə, bütün metro stansiyalarının minalanması ilə bağlı anonim xəbərin daxil olması ilə əlaqədar metronun hərəkəti dayandırılıb.

Hazırda sərnişinlər evakuasiya edilir.

Qeyd edək ki, bundan əvvəl avqustun 2-də bütün metro stansiyalarının minalanması ilə bağlı xəbərlə əlaqədar İrəvan Metropoliteninin işi dayandırılıb. Ancaq yoxlamalar zamanı bu, təsdiqini tapmayıb.