Logo
news content
User
Kateqoriyalar

Xəbər

İrəvanda partlayışda ölənlərin sayı 15-ə çatıb, 13 nəfər itkin düşmüş sayılır

Ermənistanın paytaxtı İrəvandakı "Surmalu" ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Bu barədə yerli mətbuat xəbər verir.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ölənlərdən 9-nun, o cümlədən meyiti tapılan uşağın şəxsiyyəti hələ müəyyən edilməyib.

Partlayış zamanı itkin düşdüyü iddia edilən 6 iranlıdan 5-nin Gürcüstanda olduğu üzə çıxıb.

“Bir müddət əvvəl İran İslam Respublikası səfirliyinin nümayəndəsi mənə dedi ki, itkin düşdüyü iddia edilən 6 İran vətəndaşından 5-i Gürcüstandadır”, - bu barədə isə Fövqəladə Hallar Nazirliyinin (FHN) sözçüsü Ayk Kostanyan bildirib.

“Hazırda itkin düşən vətəndaşların sayı 13 nəfərdir”, - FHN rəsmisi əlavə edib.

Xatırladaq ki, axtarışlarlarda 350 xilasedici iştirak edir, 150-yə yaxın könüllü də onlara kömək edir.

Zərərçəkənlərin ümumi sayı 62 nəfərdir. Yaralılardan 13-ü müalicəsini müxtəlif xəstəxanalarda davam etdirir, onların vəziyyəti qənaətbəxş qiymətləndirilir. Xəstəxanaya yerləşdirilən digər xəstələr isə vəziyyətlərinin müsbət dinamikası ilə evə buraxılıblar.

Dağıntılar altından həmçini 21 avtomobil çıxarılıb.

Hadisə pirotexnik məhsulların mağazasında baş verib.