Logo
news content
User
Kateqoriyalar

Xəbər

İrəvanda bazarda partlayış zamanı 17 nəfər itkin düşüb

Ermənistanın paytaxtı İrəvanda “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində yaralananların sayı 61 nəfərə çatıb.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 6 nəfər ölüb. Yaralananların 36-nın vəziyyəti orta ağırdır. Partlayış zamanı bazarda olan 27 nəfər itkin düşüb.

Qeyd edək ki, partlayış yerli vaxtla saat 13:23-də qeydə alınıb. Partlayışdan sonra ticarət mərkəzində yanğın olub. Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir. Təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xilasetmə əməliyyatlarını davam etdirirlər.