Logo
news content
User
Kateqoriyalar

Xəbər

İraqda yanğında 63 nəfər ölüb, ölkədə matəm elan edilib

Bağdadın cənubundakı Kut şəhərində ticarət mərkəzində baş verən güclü yanğın zamanı xeyli insanın həlak olması ilə bağlı İraqda 3 günlük matəm elan edilib.

Son məlumatlara görə, yanğın zamanı 63 nəfər ölüb, ən azı 40 nəfər xəsarət alıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, həlak olanlardan 59-nun şəxsiyyəti müəyyən edilib.

Hələlik hipermarketdə yanğına nəyin səbəb olduğu bilinmir.