Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranın Bəndər Abbas şəhərində partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb

İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb.

Bunu əyalətin qubernatoru Məhəmməd Aşuri deyib.

Bundan əvvəl İran rəsmiləri və mediası 36 nəfərin öldüyünü və 1241 nəfərin yaralandığını bildirib.

***

İranın cənubundakı Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında güclü partlayış baş verib.

Partlayış nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. Yaralananların sayı isə 750 nəfərə çatıb.

İlkin məlumata görə, partlayış kimyəvi maddələr olan anbarda baş verib. Yanacaq çəninin partladığı bildirilir.

Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında partlayışdan sonra bütün dəniz əməliyyatları dayandırılıb.

Bunu Hörmüzqan vilayətinin Limanlar və Dəniz Təşkilatının rəis müavini İsmayıl Makizadə deyib.

“Yanğının söndürülməsi üçün qüvvələrin daha çox cəmlənməsinə ehtiyacı nəzərə alınaraq, təhlükəsizlik məqsədilə bütün liman və dəniz əməliyyatları dayandırılıb”, - o bildirib.