Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda terror aktı: 5 nəfər ölüb, 15 nəfər yaralanıb

İranın Xuzistan əyalətində terror aktı törədilib.

İze bölgəsində motosikletlə hərəkət edən bir neçə naməlum şəxs tərəfindən insanlara və polislərə atəş açılıb.

Terror aktı nəticəsində 5 nəfərin öldüyü, 15 nəfərin yaralandığı bildirilir. Ölənlər arasında polislər də var.

Hələlik terror aktının məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.