İranda MOSSAD-ın "əsas casusu" edam olunub
30 Sentyabr 2025
İranda İsrailin Xarici Kəşfiyyat İdarəsinə (MOSSAD) casusluqda təqsirli bilinən Bəhmən Şubiəsl sentyabrın 29-da səhər saatlarında edam olunub.
Məlumatı "Mehr" agentliyi yayıb.
Bildirilib ki, o, telekommunikasiya məsələləri üzrə məlumatları İsrailə ötürməkdə təqsirli bilinib. Onu MOSSAD-ın İranda “əsas casusu” da adlandırırdılar.
Qeyd edək ki, ötən gün İranın məhkəmə orqanları Kərəcdə MOSSAD və Xalq Mücahidələri Təşkilatı ("Sazimane-Mücahidin-e Xəlq") ilə əlaqəli olduğu iddia edilən "casus şəbəkəsi"nin işi üzrə təqsirli bilinən iki nəfərin edam cəzasına məhkum edildiyini açıqlayıb.