İranda ağır qəza: Avtobus aşdı, 10 nəfər öldü
15 Noyabr 2026
İranın Dəşt-Abbas-Mormuri avtomobil yolunda sərnişin avtobusu aşıb.
IRIB telekanalı xəbər verir ki, bu barədə İlam vilayətinin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Hadisə nəticəsində azı 10 nəfər həlak olub, 17 nəfərin xəsarət aldığı bildirilir.
Qəza yerinə 10-dan çox xilasetmə briqadası cəlb edilib. Hadisənin səbəbləri ilə bağlı araşdırmalar aparılır.