Logo
news content
User
Kateqoriyalar

Xəbər

Alen Simonyan vəzifəsini itirir?

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır.

Bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib.

Beləliklə, yeni konstitusiya qəbul ediləcəyi təqdirdə, daha əvvəl parlamentin spikeri vəzifəsini tutan və sonradan Təhlükəsizlik Şurasının katibi təyin olunan Alen Simonyan hazırkı vəzifəsini itirəcək.

Qəzet iddia edir ki, şəxsi söhbətlərdə Simonyan 2028-ci il seçkisində İrəvan meri vəzifəsinə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib.