Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran yük maşınlarının Qarabağa getməsini qadağan edən qərar qəbul edib

İran yük maşınlarının Laçın dəhlizindən keçməklə Qarabağa getməsini qadağan edib.

APA-nın “Tasnim” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Beynəlxalq Daşımalar və Avtomobil Yollarının Tranziti və Nəqliyyat Təşkilatının baş direktoru Məhəmməd Cavad Hidayəti qərar imzalayıb.

Təşkilat İran Xarici İşlər Nazirliyinin 9 oktyabr 2021-ci il tarixli direktivinə əsaslanaraq İran beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına məktub ünvanlayıb.

Qərarda bildirilir ki, İran vətəndaşları və sürücülərin Azərbaycan ərazisi olan Qarabağ və Laçın dəhlizinə girişi qadağan edilir.

Qeyd olunur ki, Azərbaycan ərazi bütövlüyünə hörmət olaraq qeyd olunan hallar Ermənistan ərazisindən Qarabağa gedişə cəhd edən İran vətəndaşlarının istisnasız olaraq hamısına aiddir.

“Qətiyyətlə tövsiyə olunur ki, iranlı sürücülər və İran vətəndaşları Azərbaycanın ərazi bütövlüyünə hörmət olaraq, xoşagəlməz hallarla üzləşməmək üçün Ermənistan ərazisindən Laçın dəhlizindən keçməklə Qarabağa səfər etməsinlər”, - deyə qərarda bildirilir.

Qərarda İranın özəl yükdaşıma şirkətlərinə də təkidlə tövsiyə olunur ki, yük maşınlarına Qarabağa səfər etmək üçün sənəd verilməsi qanuna ziddir.