Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran PUA-nın qənimi: Ukrayna İsraildən "Dəmir günbəz" istəyir

Ukrayna İranın "Shahed-136" pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün İsraildən "Dəmir günbəz" zenit raket kompleksi almaq istəyir.

UNIAN xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba məlumat verib.

Onun sözlərinə görə, Kiyev bununla bağlı Təl-Əvivə rəsmi sorğu göndərəcək.

Qeyd edək ki, Rusiya son günlər Ukraynaya İran PUA-ları ilə zərbələr endirir.

Bir müddət əvvəl Ukrayna səmasında İrana məxsus PUA-lar zərərsizləşdirildikdən sonra Kiyev Tehranla münasibətlərini yenidən nəzərdən keçirərək səfiri ölkəsindən qovub, diplomatik korpusun əməkdaşlarının sayını azaldıb.