İran Hörmüzün bağlandığını elan edib, ABŞ hərbi bazalarına cavab hücumu başlayıb
02 Sentyabr 2026
Hörmüz boğazı keçid tarifləri və müharibə təzminatının ödənilməsi şərtilə bağlanıb.
"Fars" agentliyi xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rezai bildirib.
"Hörmüz boğazının təhlükəsizliyi üzrə strateji fəaliyyət" layihəsinin araşdırılmasının davamında aşağıdakı məsələlər deputatlar tərəfindən təsdiqlənib", - o bildirib və əlavə edib ki, sığorta, bank zəmanətinin alınması məcburidir.
Bundan başqa, sığorta və xidmət tarifləri, həmçinin İranla müharibədə iştirak etmiş gəmilər tərəfindən təzminat ödənilməlidir:
"Müharibə dövründə hər hansı formada İrana zərər vurmuş ölkələr təzminat ödəmək barədə İranla razılığa gəlməlidir, əks halda onların boğazdan keçidinə icazə verilməyəcək".
Xatırladaq ki, ABŞ Silahlı Qüvvələri bu gün Hörmüz boğazında İran obyektlərinə kütləvi hücum edib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İranın "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığı ABŞ-nin bölgədəki bazalarına raket və dronlarla cavab zərbələrinin endirildiyini açıqlayıb.