Logo
news content
User
Kateqoriyalar

Xəbər

İlon Mask: İnsanlar başqa planetlərə köçəcək

Tez-tez açıqlamaları ilə gündəmə gələn İlon Mask bu dəfə daha qorxulu ifadələr işlədib.

O, bəşəriyyətin yüz faizinin kütləvi şəkildə yox olacağını deyib.

Mümkün bir kütləvi yoxa çıxmada bəşəriyyətin sağ qalmayacağını bildirən Mask "Bəşəriyyətin yüz faizi kütləvi şəkildə yox olacaq. İnsanların Yer kürəsində qalmaqla bundan xilas olmaq imkanı yoxdur", deyə bildirib.

İlon Mask vurğulayıb ki, bunun yeganə çıxış yolu başqa planetə köçməkdir:

"İnsanlar kütləvi yox olmaqdan xilas olmaq istəyirlərsə, başqa planetlərə köçməlidirlər”.