İlham Əliyev Məsud Pezeşkianı "İstisu"ya qonaq edib: "Özüm gətirmişəm" - VİDEO
01 Sentyabr 2026
Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində İran Prezidenti Məsud Pezeşkianla görüşü zamanı maraqlı dialoq yaşanıb.
Dövlət başçısı iranlı həmkarına Azərbaycandan gətirdiyi "İstisu" mineral suyunun dadına baxmağı təklif edib.
"Azərbaycan suyunun dadına da baxın! Burada əla "İstisu" suyu var. Mən özümlə gətirmişəm", - deyə Prezident İlham Əliyev vurğulayıb.
Daha sonra Azərbaycan Prezidenti həm Məsud Pezeşkian, həm də özü üçün "İstisu" süzüb.