Logo
news content
User
Kateqoriyalar

Xəbər

İlham Əliyev: Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübut etdi

“Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirdiyi birgə mətbuat konfransında söyləyib.

Dövlət başçısı Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyası çərçivəsində fəaliyyətinə verdiyi yüksək qiymətə görə Alyansın Baş katibinə minnətdarlığını bildirib.

Prezident Azərbaycan ordusunun koalisiya qüvvələri çərçivəsində bu ölkəni sonuncu tərk edənlərdən biri olduğunu xatırladıb.

Dövlət başçısı Azərbaycanın NATO-nun hərbi təlimlərində fəal iştirak etdiyini vurğulayıb.