İlham Əliyev Anım Günü ilə bağlı şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib
27 Sentyabr 2025
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar Gəncə Memorial Kompleksində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
