II Qaregin yepiskopların iclasını çağırıb
02 Dekabr 2025
Bütün ermənilərin katolikosu II Qaregin Erməni kilsəsi ətrafındakı vəziyyəti müzakirə etmək üçün yepiskopların iclasını çağırıb.
Bu barədə Ermənistan mediası Eçmiədzinə istinadən məlumat yayıb.
Bildirilir ki, II Qareginin qərarına əsasən, iclas 10–12 dekabr tarixlərində keçiriləcək.
İclas zamanı Erməni kilsəsi ətrafındakı mövcud vəziyyət və daxili kilsə qaydaları ilə bağlı məsələlər nəzərdən keçiriləcək.