Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hövsanda spirtli içki sexində partlayış: Ölən və yaralanan var

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində evdə partlayış olub.

Hadisə Bağlar massivində fərdi evdə qeydə alınıb.

Nəticədə evdə olan Elvin Məmmədov ölüb, Nihad Əşrəfov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən bildirilib ki,  yaralanan 24 yaşlı Nihad Əşrəfovun vəziyyəti ağırdır. O, üzün, hər iki qulaq seyvanının, boynun, hər iki saidin, gövdənin arxa səthinin II-III dərəcəli termiki alov yanığı, tənəffüs yollarının yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. 

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayış baş verən ev spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərib.

Bildirilib ki, ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 4 otaqlı evin (spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərən) yanar konstruksiyaları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.