Hidrogen yanacağı ilə işləyən qatar nümayiş olunub - Bakıda deyil...
18 Fevral 2022
Yaponiyanın ən böyük dəmiryol kompaniyası olan “JR East” hidrogen mühərrikli “Hibari” qatarını nümayiş etdirib.
Kyodo agentliyi xəbər verir ki, qatar cənubdan Tokio ilə birləşən Kavasaki şəhərindəki eksperimental bazada jurnalistlərə göstərilib.
Hidrogen yanacağı ilə işləyən qatarın sınaqlarının mart ayının ikinci yarısında Yaponiya paytaxtının dəmiryol xətlərinin birində keçirilməsi planlaşdırılır. Onun mühərriki yanacaq bakındakı hidrogenin atmosferdəki oksigenlə birləşməsi nəticəsində yaranan kimyəvi reaksiyaya hesabına hasil olunan və yüksək tutumlu akkumulyatorlarda yığılan elektrik enerjisi ilə çalışır. Reaksiya nəticəsində atmosferə yalnız ekoloji təmiz su buxarı atılır. “Hibari” hidrogenlə bir dəfə doldurulmaqla 140 kilometr məsafə qət edə bilir. Belə qatarlardan dizel yanacağı ilə işləyən teplovozların hələ də istismar olunduğu kənd yerlərində istifadə edilməsi nəzərdə tutulur.
“JR East” kompaniyasının qatarları hər il atmosferə təxminən 2,5 milyon ton karbon qazı buraxır. Yeni texnologiyaların, o cümlədən ekoloji cəhətdən təmiz hidrogen mühərriklərinin tətbiqi ilə bu həcmin 2030-cu ilədək iki dəfə azalacağı gözlənilir. 2050-ci ilə qədər isə kompaniya havaya atılan karbon qazını sıfıra endirməyi planlaşdırır. Bu, əsrin ortalarınadək sənaye müəssisələrinin və avtomobillərin atmosferi karbon qazı ilə çirkləndirməsinə tamamilə son qoymağı hədəfləyən Yaponiya hökumətinin planlarına uyğun gəlir. (AZƏRTAC)