Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hava limanından çıxıb sərhədə getdilər

İrəvanın “Zvartnots” hava limanında xidmətini başa vuran Rusiya hərbçiləri Ermənistanın Türkiyə və İranla sərhədinin mühafizəsinə cəlb olunub.

Ermənistan KİV-i xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

“Ermənistan və Rusiya arasında 1992-ci ildə bağlanmış müqaviləyə əsasən, Ermənistan-Türkiyə və Ermənistan-İran hissələrində dövlət sərhədinin mühafizəsi Rusiya FTX Sərhəd Xidmətinin hərbçiləri tərəfindən həyata keçirilir”, - məlumatda bildirilib.

Bununla belə, MTX hava limanında xidmət edən Rusiya sərhədçilərinin sayını açıqlamaqdan imtina edib.