Logo
news content
User
Kateqoriyalar

Xəbər

Haniyənin varisi seçildi

Yəhya Sinvar HƏMAS Siyasi Bürosunun rəhbəri seçilib. 

Bu barədə TASS məlumat yayıb.

“Yəhya Sinvar Tehranda öldürülən İsmayıl Haniyənin yerinə HƏMAS siyasi bürosunun rəhbəri seçilib”, - açıqlamada deyilir. 

Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-də Tehranda raket zərbəsi nəticəsində öldürülüb. O, avqustun 2-də Dohada dəfn olunub.