HAMAS-a qarşı vuruşan Yasir Əbu Şabab Qəzzada öldürülüb
05 Dekabr 2025
Qəzzada HAMAS-a qarşı fəaliyyət göstərən silahlı qruplaşma lideri Yasir Əbu Şababın öldürülməsi ilə bağlı xəbərlər yayılıb.
Bu barədə ərəb mediasında məlumatlar dərc olunub.
Yayılan xəbərlərə görə, Yasir Əbu Şabab Qəzza zolağının Rafah bölgəsində - İsrailin nəzarəti altında olan ərazidə öldürülüb.
İsrailin təhlükəsizlik mənbələri Qəzzada HAMAS-a qarşı fəaliyyət göstərən silahlı qruplaşma lideri Yasir Əbu Şababın ölümünü təsdiqləyib. Təhlükəsizlik qüvvələri onun HAMAS tərəfindən deyil, daxili qarşıdurma zamanı öldürüldüyünü açıqlayıb.
Onun ölümünün necə baş verməsi və kim tərəfindən törədildiyi ilə bağlı məlumat yoxdur.
Qeyd edək ki, Yasir Əbu Şababın qurplaşması HAMAS-İsrail münaqişəsində İsraillə əməkdaşlıq edib və İsrail tərəfindən silahla təchiz olunub.