Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gürcüstanda dövlət çevrilişinə cəhddə şübhəli bilinən 13 nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyi oktyabrın 4-də yerli seçkilər günü iğtişaşlar zamanı hökuməti devirməyə cəhd etməkdə şübhəli bilinən 13 nəfərin saxlanılıb bildirib.

Bunu idarənin rəis müavini Aleksandr Daraxvelidze deyib.

"Oktyabrın 4-də baş vermiş iğtişaşlarda iştirak edən 15 nəfər müəyyən edilib, onlardan 13-ü saxlanılıb", - o, brifinqdə deyib.

Nazir müavininin sözlərinə görə, hökumət çevrilişinə cəhd, qruplaşmada iştirak, konstitusiya quruluşunun dəyişdirilməsi maddələri ilə istintaq aparılır.