Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gürcü larisi kəskin ucuzlaşıb - Fəlakət yaşanır

Son günlər Gürcüstan milli valyutası GEL (Lari) dollar, avro, AZN və digər valyutalar qarşısında kəskin şəkildə ucuzlaşıb.

Martın 8-də valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 3,45 GEL təşkil edib. Bir Azərbaycan manatı isə 1,98 GEL-ə dəyişdirilib.

Gürcüstan Milli Bankının müəyyən etdiyi rəsmi məzənnəyə görə, 1 dollar 3,3991 lari, 1 AZN 2,0047 lariyə, 1 Avro isə 3,682 lariyə bərabərdir.

İqtisadçı ekspertlər hesab edirlər ki, larinin ucuzlaşması qarşıdakı günlərdə də davam edəcək.

Bu gün “Bloomberg” beynəlxalq ticarət platformasında artıq 1 dollar 3.4300 lari müəyyən edilib. Bu isə martın 9-da larinin bir qədər də dəyər itirəcəyini deməyə əsas verir.

Ekspertlər bildirirlər ki, larinin ucuzlaşması fonunda artıq avtomobil benzini və dizel yanacağı da kəskin bahalaşıb.

Yaxın vaxtlarda ərzaq məhsullarının da qiymətinin artacağı istisna edilmir. (AZƏRTAC)