Logo
news content
User
Kateqoriyalar

Xəbər

Göyçayda uşaq atasını güllələyib

Göyçayda 6 yaşlı uşaq atasını güllələyib.

Hadisə rayonun Xəlitli kəndində baş verib. 29 yaşlı kənd sakini Ariz Eyvazov qarın boşluğundan yaralanma diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Araşdırma zamanı məlum olub ki, A.Eyvazov həyətyanı sahəsindəki xurma ağaclarını quşlardan qorumaq üçün tir tüfəngi ilə onları ovlamağa düşüb. Bağda olarkən o tüfəngi saxlamaq üçün 6 yaşlı oğluna verib. Bu zaman uşağın ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ata yaralanıb. Güllə daxilə keçdiyi üçün yaralı cərrahiyyə əməliyyatı olunub.

Faktla bağlı araşdırma aparılır.