Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gerasimov Ukraynadakı qoşunların rəhbərliyindən uzaqlaşdırıldı - Jdanov

“Rusiya prezidenti Vladimir Putin Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovu Ukraynada keçirilən “xüsusi əməliyyat”a rəhbərlikdən uzaqlaşdırıb. Yeni komandan təmas xəttində Rusiya Federasiyasının bütün qoşunlarını döyüşə atıb, son gücü ilə Ukrayna Silahlı Qüvvələrinə hücum edə bilər”.

Bu barədə hərbi ekspert Oleq Jdanov “YouTube” kanalına müsahibəsində bildirib.

Özəl mənbələrdən qaynaqlandığını deyən hərbi ekspert xüsu olaraq vurğulayıb ki,  Ukraynada müharibə daha da şiddətlənəcək: “Müharibə daha da şiddətlənəcək və daha da qanlı olacaq. Yaxın həftələrdə hərbi əməliyyatların genişlənməsi gözlənilir".

Jdanovun sözlərinə görə, general Gerasimov verilən tapşırıqları yerinə yetirmədiyi üçün “xüsusi əməliyyat”dan kənarlaşdırılıb.

O, əlavə edib ki, yeni avadanlıqların, texnikaların anbardan çıxarılması və gizli səfərbəylik çağırışı var, amma bu gün 10-20-30 minlik ehtiyat formalaşdırılır deyə bir şey yoxdur.

Ekspert əminliklə bildirib ki, hazırda Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində möhkəm dayanıb.