Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 111 nəfərə çatıb - YENİLƏNİB

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 89 nəfər, Z.Məmmədov adına 3 nömrəli xəstəxanaya isə 13 nəfər yerləşdirilib. Digər doqquz zərərçəkən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.

Əlavə məlumat veriləcək.

Faktla bağlı araşdırma davam etdirilir.

19:40

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.

Mərasimin 75 iştirakçısı xəstəxanaya çatdırılıb.

Zərərçəkənlərə tibbi yardım göstərilir, onların əksəriyyətinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma davam etdirilir.

18:41

Gəncə şəhərində kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Şəhərdə keçirilən yas mərasimlərin birində 40-dan çox qonaq zəhərlənib.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report)