Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirilib
09 Oktyabr 2025
Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirilib.
APA-nın yerli bürosunun məlumatına görə, bağlanış mərasimi Gəncə şəhər stadionunda keçirilib.
Baş nazirin müavini, III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov oyunları bağlı elan edib. Qalib idmançılar tərəfindən III MDB Oyunlarının bayrağı endirilib.
Bayraq növbəti yarışlara ev sahibliyi edəcək ölkəyə təhvil verilməsi üçün MDB İcraiyyə Komitəsinə təqdim olunub.
MDB Oyunlarının bağlanış mərasimi konsert və atəşfəşanlıqla yekunlaşıb.