Gədəbəydə yol qəzasında 2 nəfər ölüb, 4-ü xəsarət alıb
04 Avqust 2025
Avqustun 3-də saat 18:00 radələrində Gədəbəy rayonunun Şahdağ kəndinin dağlıq ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Vüsal Məmmədovun idarə etdiyi “KİA” markalı avtomobil dərəyə aşıb.
Nəticədə sürücünün həyat yoldaşı 1991-ci il təvəllüdlü Azadə Məmmədova və 1973-cü il təvəllüdlü Asəf Tapdıqov hadisə yerində ölüb.
Avtomobildə olan digər 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.