Logo
news content
User
Kateqoriyalar

Xəbər

Füzulidə şəhid Cavanşir Hüseynovun nəşinin qalıqları tapılıb

Şəhid Cavanşir Hüseynovun nəşinin qalıqları tapılıb

Pressklub.az xəbər verir ki, Hüseynov Cavanşir Ərşad oğlunun nəşinin qalıqları 31 ildən sonra Füzuli rayonunun Bəhmənli kənd qəbiristanlığında tapılıb. 

Onun nəşinin qalıqları ən qısa zamanda ailəsinə təhvil veriləcək və Mehdiabad qəbiristanlığında şəhid Şirinov Nazim Şirin oğlunun yanında dəfn olunacaq.

Qeyd edək ki, Hüseynov Cavanşir Ərşad oğlu 1960-cı ildə Cəbrayıl rayonunun Doşulu kəndində anadan olub. 23 oktyabr 1993-cü ildə qohumu Şirinov Tahir Şirin oğlunun idarə etdiyi “VAZ-011” markalı “S 18-87 JA” dövlət nömrə nişanlı avtomobillə hərəkət edərkən Füzuli rayonunun Kərimbəyli və Şükürbəyli kəndləri arasındakı ərazidə ermənilər tərəfindən girov götürülüb. Yaxın qohumları – Şirinov Şirin Bilal oğlu, Şirinov Nazim Şirin oğlu, Şirinov Tahir Şirin oğlu və Əliyeva Nisə Xanlar qızı da onunla birlikdə girov götürülüb. 

Bu günə qədər yalnız Şirinov Nazim Şirin oğlunun taleyindən xəbər vardı. Digər dörd nəfərin heç birinin taleyi məlum deyil.

Günay Elşən