Logo
news content
User
Kateqoriyalar

Xəbər

Futbol üzrə İspaniya millisi Olimpiadanın qalibi olub

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışının qalibi müəyyənləşib.

Finalda İspaniya və Fransa milliləri qarşılaşıb.

Görüşün əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda İspaniya yığmasının üzvü Serxio Kamelyonun dublu (100, 120+1) həlledici olub - 5:3. İspaniya komandasından Fermin Lopes də (18, 25) dubla imza atıb. Digər qolu 28-ci dəqiqədə Aleks Baena rəqib qapısından keçirib.

Fransa yığmasından isə Enzo Millot (11), Maqnes Akliuçe (79) və Jan-Filip Mateta (90+3) fərqlənib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.