Logo
news content
User
Kateqoriyalar

Xəbər

Futbol siyasətdən uzaqdır!? - Polis Məhsa Əmini yazılmış formanı azarkeşin əlindən aldı - FOTO

Dünya çempionatının qrup mərhələsinin ikinci turunda keçirilən İran – Uels oyununda gərgin anlar yaşanıb.

İranlıların xanım tərəfdarlardan biri ölkəsində qətlə yetirilən 22 yaşlı Məhsa Əminini anıb.

O, tribunada üzərində Məhsa Əmini yazılmış milli komanda formasını nümayiş etdirib. Daha sonra Qətər polisi xanım fanata yaxınlaşaraq onun əlindəki formanı alıb.

Tərəfdar polisin bu hərəkətinə etiraz etsə də, xeyri olmayıb. Azarkeşin əlindəki forma ilə birlikdə İran bayrağı da əlindən alınıb.