Fridrix Merts Almaniyanın yeni kansleri seçilib
07 May 2025
Almaniyada yeni kansler seçilib.
Pressklub.az xarici mətbuata istinadla xəbər verir ki, Xristian-Demokrat İttifaqının (XDI) lideri Fridrix Merts Almaniyanın yeni kansleri olub.
Bundestaq onun namizədliyini ikinci cəhddə təsdiqləyib. Siyasətçi tələb olunan 325 səsdən 316-nı toplaya bilib. O, ilk cəhddə 310 səs toplamışdı.
Fridrix Merts artıq Almaniyanın yeni, 10-cu Kansleri kimi and içib.
“Alman xalqının rifahı naminə çalışacağıma, onun sərvətini artıracağıma, onu zərərlərdən qoruyacağıma, əsas Qanunu və federasiya qanunlarını gözləyib qoruyacağıma, vəzifə borcumu vicdanla yerinə yetirəcəyimə və hər kəsə qarşı ədalətli olacağıma and içirəm. Qoy Tanrı mənə kömək olsun”, – deyə Merts bildirib.
Qeyd edək ki, bundan əvvəlki kansler Olaf Şolts idi.