Fransa ən yeni ballistik raketin sınaqlarını keçirib
06 Oktyabr 2026
Fransanın Müdafiə Nazirliyi sualtı qayıqlardan buraxılan ən yeni M51.3 ballistik raketinin ilk sınaq buraxılışının həyata keçirildiyini bildirib.
Bu barədə "Reuters" müdafiə idarəsinin bəyanatına istinadən xəbər verir.
Qeyd olunur ki, sınaq Fransanın nüvə çəkindirmə qüvvələrinin imkanlarını təsdiqləmək məqsədi daşıyır.
Nüvə döyüş başlığı olmayan M51.3 raketi Bretaniya (Fransada region - red.) sahillərində buraxılıb. Sınaq, əsaslı təmirdən sonra Le Vigilant atom sualtı qayığının bu tip silahın tətbiqinə hazırlığını təsdiqləmək məqsədilə aparılıb.