Fətullah Gülənin yaxın adamı Yusuf Bekmezci xəstəxanada dünyasını dəyişib
20 Fevral 2022
Fətullah Gülənə bağlı təşkilatın ilk idarə heyətində olduğu iddia edilən Yusuf Bekmezci 82 yaşında müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
APA hürriyyət.com-a istinadən bildirir ki, vaxtilə İzmirdə yaxalanan Yusuf Bekmezci FETÖ terror təşkilatında “kadim abi” (qədim qardaş) kimi tanınıb.
Bildirilir ki, həbsxanada saxlanılan Yusuf Bekmezci yanvarın 5-də göz əməliyyatı üçün İzmir Atatürk Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Əməliyyat zamanı onun ürəyi dayanıb. Həyata qaytarılan Bekmezci reanimasiya şöbəsində müalicə olunurdu. Bekmezci bu gün saat 00:50 radələrində dünyasını dəyişib.
Qeyd edək ki, FETÖ/PDY-nin Ege bölgəsindəki maliyyəçiləri, idarəçiləri və sözdə imamlarına qarşı İzmir Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində yaxalanan Yusuf Bekmezci 17 il 4 ay həbs cəzasına məhkum edilib. 23 yanvar 2020-ci ildə ona "silahlı terror təşkilatını idarə etmək" ittihamı ilə hökm oxunub.