Federika Mogerini və Stefano Sannino dələduzluq ittihamı ilə saxlanılıb
03 Dekabr 2025
Avropa İttifaqının (Aİ) Brüsseldəki diplomatik xidmət qərargahında axtarışlardan sonra Avropa diplomatiyasının keçmiş rəhbəri Federika Mogerini saxlanılıb.
Bu barədə AFP agentliyi məlumat yayıb.
O, diplomatların təhsil proqramı ilə əlaqədar dələduzluqda şübhəli bilinir. Kurslara Aİ maliyyə dəstəyi göstərir.
Avropa İttifaqının Xarici əlaqələr xidmətinin sabiq baş katibi Stefano Sannino da Belçika polisi tərəfindən saxlanılıb.
Qeyd olunur ki, Sannino keçmiş Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Jozep Borrel bu vəzifədə olarkən ümum-Avropa diplomatik qurumunda ikinci şəxs olub.