Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fatih Terim bir daha "Qalatasaray"ın baş məşqçisi olmayacaq

Fatih Terim bir daha "Qalatasaray"ın baş məşqçisi olmayacaq.

Bu barədə 69 yaşlı mütəxəssis özünün tviter hesabında paylaşım edib.

İstanbul təmsilçisi ilə vidalaşan Terim "Cim-Bom"la imzaladığı ilk və son müqavilələrin fotolarını yayımlayıb.

O, paylaşımın üzərində "Qalatasaray"dakı ilk imzam və son imzam" sözlərini yazıb.

Qey edək ki, Fatih Terim 1996 - 2000-ci, 2002 - 2004, 2011 - 2013 və 2017 - 2021-ci illərdə "Qalatasaray"a rəhbərlik edib. (Report)