Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanın müdafiə naziri Rusiyada: Yüksək rütbəlilərlə görüşəcək

Ermənistanın müdafiə naziri Suren Papikyan Rusiyaya işgüzar səfərə gedib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Suren Papikyanın Moskvada rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşü planlaşdırılır.

"Avqustun 14-də müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu və digər yüksək rütbəli rəsmilərlə görüşlər nəzərdə tutulub", - məlumatda bildirilir.