Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanda sabiq baş nazirin qardaşı saxlanılıb

Ermənistanda sabiq baş nazir Ovik Abramyanın qardaşı - Genrik Abramyan saxlanılıb.

Bu barədə “Aysor” xəbər verir.

Antikorrupsiya İdarəsindən nəşrə bildirilib ki, Henrik Abramyan Ermənistanın Antikorrupsiya Komitəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində saxlanılıb.

İş vəzifə səlahiyyətlərindən sui-istifadə, bu cür əməlin törədilməsinə köməklik və təhrikçilik, habelə saxta sənədlərdən istifadə ilə bağlıdır.